Bakıda bir qrup gənc arasında dava: Yaralananlar var - Fotolar

10:14 | 12.09.2015
Bakıda bir qrup gənc arasında dava: Yaralananlar var - Fotolar

Bakıda bir qrup gənc arasında dava: Yaralananlar var - Fotolar

Bakıda bir qrup gənc arasında dava olub.

APA-nın məlumatına görə, hadisə Ağa Neymətulla və Arif Heydərov küçələrinin kəsişməsində qeydə alınıb.
 
Biləsuvar rayon sakinləri 25 yaşlı Sabir Heydərovla əmisi oğlu 19 yaşlı Abdulla Süleymanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs və ya şəxslər iki əmi oğlunu  bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
 
Xəstəxanadan verilən məlumata görə, Sabir Heydərov sağrı nahiyəsi,  Abdulla Süleymanov isə qarnından bıçaqlanıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM