Bakıda gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynov konsert verib - FOTOLAR

12:20 | 27.05.2022
Bakıda gənc ifaçılar Zərrin Əliyeva  və Orxan Hüseynov konsert verib  - FOTOLAR

Bakıda gənc ifaçılar Zərrin Əliyeva və Orxan Hüseynov konsert verib - FOTOLAR

Bakıda məşhur Kapelhausda Azərbacan Mədəniyyət Nazirliyinin dəstəyiilə həyata keçirilən "Gənclərə dəstək layihəsi" çərçivəsində gənc ifaçılar  Zərrin Əliyeva və  Orxan Hüseynovun konserti keçirilib. 

Konsertdə Azərbaycan, Rusiya  və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib. 

Hər iki ifaçı prezidet təqaüdçüsüdür. 

Zərrin Əliyeva siripka ustasıdır. O, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunudur. Gənc ifaçıların II Respublika,  VI Beynəlxalq "Bravo" müsabiqəsində öncül yerlər tutub. 2016-cı ildə keçirilən "Bakı Payızı" festivalında  isə Zərrin Əliyeva birinci yeri tutub. 
 
 

Orxan Hüseynov violonçel ifaçısıdır. O Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsində təhsil alıb. Rostropoviç adına "Gənc ifaçıların I Bakı müsabiqəsi", Əliverdibəyov adına gənc ifaçıların V ümumbəşər müsabiqəsi", Qara.Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçilər" II Respublika elmi-ifaçılıq müsabiqəsində I yerə layiq görülüb.
 


Belçikada keçirilən "musica Mundi" festivalında iki dəfə Azərbaycanı uğurla təmsil edib. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
 







N.Təbrizli
Foto:  Orxan Əzim
Tahir Tahiroviç

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb