Bakıda obyektlər ucuzlaşıb

13:45 | 15.03.2016
Bakıda obyektlər ucuzlaşıb

Bakıda obyektlər ucuzlaşıb

Ən çox qiymət azalması "mağaza” təyinatlı obyektlərdə müşahidə edilib.

Ümumilikdə fevral ayı ərzində Bakının kommersiya obyektləri bazarında qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə "MBA Group” konsaltinq şirkətinin hesabatında vurğulanıb.

"Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 20,5% artaraq 79 ədəddən 95 ədədə qalxıb”, - deyə hesabatda vurğulanır. 

Bundan başqa, hesbata görə, Bakıda obyektlərin orta satış qiyməti 2,61% azalıb:

"Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, son fevral ayında -2,61% azalma qeydə alınıb. 

Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2877 $ olduğu halda, bu rəqəm fevral ayında 2802 $ olub.  Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması "mağaza” təyinatlı obyektlərdə müşahidə edilib. 

Yanvar ayında "mağaza” təyinatlı obyektlərdə qeydə alınan qiymət 3235 $ olduğu halda, fevral ayında təklif qiyməti -3,2% azalaraq 3130 $ bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə "xidmət” təyinatlı obyektlərdə qeydə alınıb. 

Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2244 $ olduğu halda, fevral ayında təklif qiyməti 1,3% artaraq 2273 $ bəndində qərarlaşıb”

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb