Baykal gölü quruya bilər

13:08 | 24.05.2016
Baykal gölü quruya bilər

Baykal gölü quruya bilər

Rusiya ərazisində yerləşən və dünyanın ən dərin gölü hesab edilən Baykal ekoloji fəlakətlə üz-üzə gəlib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb Monqolustan rəhbərliyinin Baykala axan Selenqa çayı üzərində 3 hidroelektrik stansiya inşa etmək planıdır.

Çin banklarından birinin ayırdığı 827 milyon dollar kredit hesabına başa gələcək layihə Baykal gölünə axan su miqdarını kəskin azalda və yay aylarında buxarlanma zamanı onun sürətlə qurumasına səbəb olacaq.

Rusiya Energetika Nazirliyi isə məsələdə irəliləyişə nail olmaq üçün Monqolustan tərəfinə satdığı elektrik enerjisinin qiymətini azaltmağa və daha az gücə malik SES-larının tikintisinə dəstək ola biləcəyini deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM