Biznesini məhv etdiyi əri Gülnarəni axtarır

17:00 | 06.04.2018
Biznesini məhv etdiyi əri Gülnarəni axtarır

Biznesini məhv etdiyi əri Gülnarəni axtarır

Artıq 4 ildir ki, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında heç bir məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu sözlər "Nyu York Tayms” qəzetinin Kərimovaya həsr edilən məqaləsində yer alıb. Kərimova atasının ölümündən bu yana bir dəfə də olsun onun qəbrini ziyarət etməyib. Qəzet həmçinin İslam Kərimovun dəfnində iştirak etməyən yeganə ailə üzvünün də Gülnarənin olduğunu yazıb. Onun 2014-cü ildən bu yana sadəcə itkin düşdüyü vurğulanıb.

Məqalədə Kərimovanın keçmiş həyat yoldaşı Mənsur Maqsudinin Beynəlxalq İnsan Haqları təşkilatının Mərkəzi Asiya işləri üzrə idarəsinə kömək üçün müraciət etdiyi bildirilib:

"Əslən Əfqanıstandan olan özbək 2002-ci ildə Kərimova ilə ağır boşanma yaşayıb. Nəticədə Gülnarə o zaman onu Özbəkistandakı bütün biznesindən məhrum edib. Bununla bərabər, Maqsudinin Özbəkistandakı bütün qohumları hansı vətəndaşlığa sahib olmalarından asılı olmayaraq, Əfqanıstana sürgün edilib, iki qohumu isə türməyə atılıb. Lakin hazırda Mənsur öz keçmiş həyat yoldaşının taleyini öyrənmək istəyir. Mənsurla bərabər oğlu İslam da anasını axtarır və onun xarici dünyadan təcrid vəziyyətində yaşamağa məcbur edildiyini deyir. İslam artıq Britaniyadan siyasi sığınacaq istəyib”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM