Bu ölkələr vizanı ləğv etdi

11:45 | 28.10.2016
Bu ölkələr vizanı ləğv etdi

Bu ölkələr vizanı ləğv etdi

Türkiyə və İraq arasında viza rejimi ləğv olunub. Qərar oktyabrın 29-dan etibarən, qüvvəyə minəcək.

ANN.Az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı məlumat verib. Səfirliyin saytından verilən açıqlamada bildirilib ki, oktyabrın 28-də Türkiyə və İraq arasında diplomatik, xidmət və xüsusi pasport vizası ləğv edilir.

Jurnalistlərin suallarını cavablandıran Faruk Kaymakçı qeyd edib ki, viza rejiminin ləğv olunması məsələsi üzərində 2014-cü ildən etibarən danışıqlar aparılır. Səfir bildirib ki, sözügedən ləğv yalnız diplomatik, xidməti və xüsusi vizalara şamil ediləcək. Ümumi viza rejimi isə əvvəlki qaydada davam edəcək.

Kamil ƏMİRLİ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM