Bura bulvardır: susuz hovuz, zibilli yaşıllıqlar, parçalanmış asfalt - FOTOLAR

09:24 | 18.09.2015
Bura bulvardır: susuz hovuz, zibilli yaşıllıqlar, parçalanmış asfalt - FOTOLAR

Bura bulvardır: susuz hovuz, zibilli yaşıllıqlar, parçalanmış asfalt - FOTOLAR

Şəhər əhalisinin, ölkəmizə gələn qonaqların mütammadi olaraq dincəlib istirahət etdikləri məkanlardan biri də dənizkənarı bulvardır. Burada dincələnlərin az, yaxud çox olması nə fəsillərdən, havanın soyuq-isti olmasından asılı deyil. Amma bulvarın təmizliyi, səliqəsi, dincəlmək istəyənlərin istirahətinə mütləq təsir edir.

ANN.Az-ın fotoreportyorunun fotosessiya hazırladığı bu ərazi bulvarın Bayraq Meydanından "20-ci sahə" istiqamətinə qədər uzadılan hissəsidir. Dənizkənarı Milli Parkdan fərqli olaraq burada o qədər də qələbəlik, insan axını gözə dəymir. Yaşıllığın az olması, üstəlik natəmizlik bura daha az adamın gəlməsinə səbəb olub. Bulvarda salınan su hovuzlarında suyun olmaması bir yana, hovuzun içərisinin müxtəlif tullantılarla zibillənməsi, parçalanmış asfalt elə ilk nəzərdə gözə çarpır. 

Üzü paytaxta - köhnə bulvar istiqamətə gəldikcə, adamların sayının artdığını, insanların rahatlıqla dincəldiklərini, ailələri ilə maraqlı anlar yaşadığının şahidi oluruq. 


Fotoların müəllifi Fərqanə Novruzovadır.









































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM