Burada insan yaşayır - FOTOLAR

10:05 | 14.09.2015
  Burada insan yaşayır - FOTOLAR

Burada insan yaşayır - FOTOLAR

Fotosessiyanın sərlövhəsindən də göründüyü kimi, insanların yaşadığı bu yerin ünvanı Nərimanov rayonudur. Yəni paytaxtın mərkəzi hissəsi. Humanitar Liseyin 1 saylı Yataqxanası heç də küçəyə tərəf baxdığı hissəsi kimi səliqəli və təmirli deyil. Düzdür, hər bir pəncərədən işıq gəlir, amma o işığın altında yaşayan insanların o nurun adı qədər böyük problemləri var.

Həyətinə daxil olanda binanın qorxunc görünüşü adamı heyrətə gətirir və "İlahi, görəsən bu binanın içərisi nə gündədir" - deyə düşünməyə bilmirsən. Gümanında da yanılmırsan. Bu insanlar yaşayan binanın içərisi çölündən betər - sınıq-salxaq döşəmə, adamın üstünə gələn divar, illərlə boyaq görməmiş, kir-pasdan rəngi belə bilinməyən qapı-pəncərələr.

Bəzən nəsə yazmağa, nəsə izah etməyə ehtiyac olmur, çünki şəkillər, fotolar daha çox söz ifadə edir

Fotoların müəllifi Fərqanə Novruzovadır

 















 





























































0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM