• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial Müdafiə Nazirliyi ürək çatışmazlığından əziyyət çəkən uşağa əlillik vermir - ŞİKAYƏT

Sosial Müdafiə Nazirliyi ürək çatışmazlığından əziyyət çəkən uşağa əlillik vermir  - ŞİKAYƏT
07.07.2023 12:07
Bakı sakini Ləman Həsənova qızının anadangəlmə ürək qüsuru olmasına baxmayaraq, Sosial Müdafiə Nazirliyi tərəfindən ona əlilliyin verilməməsinə görə narazılıq edir. O, bu barədə anews.az-a müraciətində  bildirib.
 
Onun sözlərinə görə, qızı Mədinəyə anadangəlmə ürək qüsuru diaqnozu ilk bir ayında qoyulub.
 
"İlk diaqnoz 2012-ci ildə Gömrük hospitalında həkim Elnur İmanov tərəfindən qoyulub. O zaman uşaq bir aylıq idi. Daha sonra bir neçə kardioloq yanına getdik və onlarda bu qüsurun olduğunu təsdiqlədi. Uşağın bir yaşı olanda qüsurları ağırlaşdığına görə, əməliyyat üçün Kiyevə apardıq. Bir müddət sonra uşağın ürək qapağı açıldığı üçün yenidən vəziyyəti ağırlaşmağa başladı. Həmin vaxt onu Almaniyaya apardıq və orada uşağı qapalı əməliyyat etdilər. Bu əməliyyat onun vəziyyətinin müəyyən qədər yaxşılaşmasına səbəb oldu. Amma ciddi dəyişiklik olmadı”, - şikayətçi bildirib.
 
O, bildirir ki, Sosial Müdafiə Nazirliyi uşağın xəstəliyini təsdiqlədiyi halda ona əlillik statusu vermir.
 
"Uşağımın həqiqətən əlilliyi olduğu halda, ona əlillik dərəcəsi verilmir. Hətta Sosial Müdafiə Nazirliyindən uşağımın həqiqətən əlil olduğunu və ona pensiya düşdüyünü deyirlər, amma bildirirlər ki, uşaqda ürək qüsuru olmasına baxmayaraq, onun ürəyində olan qüsurla bağlı xəstəlik sistemə hələ yerləşdirilməyib və bu barədə Nazirlər Kabinətinə müraciət olunub. Ona görə də qərarın verilməsini gözləmək lazımdır. Keçən dəfə də məktəbdə olarkən uşağın ürəyi tutmuşdu. Uşağı götürüb apardım Mərkəzi klinikaya. Klinikaya daxil olmaq üçün məndən 550 manat pul istədilər. Çox acınacaqlı vəziyyətdir”, - o deyib.
 
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov anews.az-a bildirib ki, tibb müəssisəsi tərəfindən Həsənli Mədinə Mehdi qızı ilə bağlı elektron sistemə daxil edilmiş göndəriş əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. 
 
"Göndərişdə vətəndaşın instrumental müayinə nəticələri dəqiq qeyd edilmədiyinə görə əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Mədinə Həsənli 27.04.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Əyani müayinə nəticələrinə əsasən diaqnoz əlillik əlaməti təyin etməyib”, - Qurbanov bildirib.
 
Eltac Nurullazadə

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Cəmiyyət 16:48
Tıxaclarda itirilən vaxt bir ildə 12 faiz artıb - hesabat
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 16:40
Hərbiçilərin yürüşü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Cəmiyyət 16:20
Müəllimlərin sertifikasiyası ilə bağlı yeni təklif
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Cəmiyyət 15:42
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox