Cari ilin altı ayında qanunsuz ağackəsmə ilə bağlı cinayət işlərinin sayı açıqlanıb

2023-cü ilin altı ayında qanunsuz ağackəsmə ilə bağlı 65 cinayət işi başlanıb,108 məlumata baxılıb. Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Elnur Musayev deyib
O bildirib ki, 11 cinayət üzrə araşdırma davam edir.
"Prokurorluqda qanunsuz ağackəsmə halları ilə bağlı cinayət işləri və inzibati xəta haqqında icraatlar başlanılıb. Qurum tərəfindən müvafiq qaydada tədbirlər görülür. Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib",- idarə rəisi "Ekologiyanın mühafizəsi" mövzusunda mətbuat konfransında deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib

Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq

Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib





















