AQTA Ukraynada təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalı ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynada fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bununla əlaqədar, Ukrayna Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il avqustun 1-dən quş əti məhsullarının istehsalı ilə məşğul olan, 2023-cü il sentyabrın 1-dən isə heyvan mənşəli digər məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib

Cəmiyyət 15:35
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq

Cəmiyyət 15:05
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib





















