“Coca cola” tərkibini dəyişir

09:35 | 07.05.2014
“Coca cola” tərkibini dəyişir

“Coca cola” tərkibini dəyişir

“Coca cola” şirkəti qalmaqallı kimyəvi maddəni ABŞ-da buraxdığı məhsulların tərkibindən kənarlaşdıracaq. 
ANS PRESS-in xəbərinə görə, söhbət şirkətin brend içkilərinin tərkibində olan bromlaşdırılmış bitki yağından gedir. Şirkət internet üzərindən keçirilən sorğu nəticəsində bu qərara gəlib. 
BVO maddəsi “Coca cola”nın "Fanta" və "Powerade" kimi meyvəli içkilərində və idman zamanı istifadə edilən içkilərinin tərkibinə qatılırdı.
“Coca cola”nın ən böyük rəqibi olan "Pepsi" də ötən il bu maddəni idman içkilərindən çıxarmışdı. 
Qeyd edək ki, elmi araşdırmaya əsasən adı çəkilən maddə dəriyə potensial ziyan vura bilir və yaddaşla bağlı problemlərə gətirib çıxarır. Buna görə də Yaponiyada və Avropa İttifaqı ölkələrində rəsmi olaraq "BVO" alanan həmin maddə qadağan edilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM