Daxildən baxış: Milli Dəniz üzgüçülüyü muzeyi REPORTAJ

18:32 | 13.10.2015
Daxildən baxış: Milli Dəniz üzgüçülüyü muzeyi – REPORTAJ

Daxildən baxış: Milli Dəniz üzgüçülüyü muzeyi REPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Britaniyanın ən möhtəşəm muzeylərindən birinə baş çəkəcəyik. Burada müxtəlif dövrlərdə istifadə edilən gəmilər, sualtı qayıqlar, insanlığın müxtəlif əsrlərdə yaratdığı dəniz nəqaliyyatı vasitələri sərgilənir. 

1934-cü ildə ölkə parlamenti London Milli Dəniz üzgüçülüyü muzeyinin yaradılması haqqında qərar çıxarır, 1937-ci ildə isə muzey ziyarətçilərin üzünə açıq elan edilir. Təntənəli açılış mərasimində hətta Kral  VI Georq da iştirak edir. Bu gün muzeydə 2.5 milyondan çox eksponat sərgilənir. 

Qrinviçdə yerləşən bu muzey ən vacib ailəvi istirahət məkanlarından biridir. Hər gün bura yüzlərlə adam mədəni istirahət eləməyə gəlir. Dəniz üzgüçülüyü muzeyində uşaqların əyləncəsini nəzərə alınmaqla, çox sayda maraqlı və təəssürat doğuran məkan var. Ümumiyyətlə, Britaniyanın demək olar ki, bütün muzeylərində uşaqlara xüsusi qayğı var, onlar burada həm öyrənir, həm ünsiyyətdə olur, həm də əylənirlər. 

Bundan başqa, Dəniz üzüçülüyü muzeyində müntəzəm olaraq uşaqlar üçün müxtəlif oyun süjetləri olan məşğuliyyətlər həyata keçirilir, onlar gəmilərdə olur. Kapitan rolu oynayır, Morza Əlifbasını və başqa məsələləri öyrənirlər. 

Muzeydə böyükləri maraqlandıracaq xeyli otaqlar və eksponatlar da var. 

Qüdrətli dəniz derjavası kimi Böyük Britaniya muzeydə təqdim edilən tematikaya çox ciddi yanaşır. Ada dövləti olduğundan Britaniya özünün qüdrətini və məğlubedilməzliyini dənizlərdəki hərbi uğurlarına borcludur. Buna görə də, Londonun dəniz muzeyi təkcə muzey deyil, həm də ölkənin inkişafını göstərən vacib məkandır. 

Muzeyin eksponatlarına həm iri, həm də xırda eksponatlar daxildir. 

Bir sözlə, əgər siz vaxtınızı gözəl keçirmək istəsəniz bu muzeyə mütləq baş çəkin. 

Xoş seyrlər: 
 























































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM