Deputatı 25 kisə quma dəyişdilər

22:39 | 06.05.2014
Deputatı 25 kisə quma dəyişdilər

Deputatı 25 kisə quma dəyişdilər

Kramatorsk şəhər şurasının deputatı, tramvay-trolleybus idarəsinin rəhbəri Serqey Şaçko  separatçılar tərəfindən girov götürülüb və 1 sutkadan çox onların əlində qalıb.   
“Axar.az” xəbər verir ki, Şaçko separatçılarla aparılan danışıqlardan sonra azad edilib.   
Mayın 4-də silahlı şəxslər idarəyə gələrək Şaçkodan onlara yük maşını verməsini tələb ediblər. Yük maşınını yerində tapa bilməyəndən sonra silahlılar sədri də özləri ilə apararaq onu azad etmək üçün qum kisələri tələb ediblər.   Şaçkonun işçiləri tələbi yerinə yetiriblər və 25 kisə qumla öz rəhbərlərini dəyişiblər.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM