Dilqəm Əsgərov işğalçılardan rəhm istəmədi

11:40 | 04.07.2015
Dilqəm Əsgərov işğalçılardan rəhm istəmədi

Dilqəm Əsgərov işğalçılardan rəhm istəmədi

Ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma "Dağlıq Qarabağ Respublikasında” qondarma "məhkəmənin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün separatçılara müraciət etməyib.

Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə "məhkəmədə” azərbaycanlı girovun "vəkili” qismində çıxış edən Erik Beqlaryan açıqlama verib.

Beqlaryanın sözlərinə görə, Əsgərov bağışlanması üçünü qondarma "respublikanın” "prezidenti” Bako Saakayana müraciət etməkdən imtina edib.  

Xatırladaq ki, qondarma "məhkəmənin” qərarı ilə öz doğma torpaqlarını, yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna keçmiş və girov götürülmüş Dilqəm Əsgərov ömürlük, onunla birlikdə olmuş Həsən Quliyev 22 il müddətində azadlıqdan məhrum edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM