Dünyaşöhrətli heykəltəraş Bakıdadır

18:40 | 08.04.2014
Dünyaşöhrətli heykəltəraş Bakıdadır

Dünyaşöhrətli heykəltəraş Bakıdadır

Britaniyalı heykəltəraş Toni Kreqq Bakıya gəlib.  “Qafqazinfo”nun məlumatına görə, Toni Kreqqin Heydər Əliyev Mərkəzində aprelin 9-da fərdi sərgisi açılacaq. Mərkəz Toni Kreqq Studiyası ilə birgə əməkdaşlığı sayəsində təşkil olunan sərgi avqustun 31-dək davam edəcək. Ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək. Qeyd edək ki, Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşınqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb