Dünyanın ən güclü smartfonu məlum oldu

19:48 | 02.09.2016
Dünyanın ən güclü smartfonu məlum oldu

Dünyanın ən güclü smartfonu məlum oldu

Çinin rəsmi təqdimatı hələ keçirilməyən "LeEco Le 2s Pro” smartfonu dünyanın ən güclü qurğusu seçilib.

 "AnTuTu” sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider "OnePlus 3” smartfonunu geridə qoyub. Qurğunun dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

"ICTnews” Elektron Xəbər Xidməti "Rsute” resursuna istinadən yazır ki, smartfon "Qualcomm” şirkətinin "Snapdragon 821” prosessoru, metal korpuslu 5,5 düymlük ekran ilə təchiz edilib.

Bundan başqa, qurğu 4 qiqabaytlıq operativ və 32 qiqabaytlıq daxili yaddaşa malik olacaq. Displey "Full HD” formatını dəstəkləyir. Potensial alıcılar 6 qiqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 qiqabayt tutuma, displeyi "QHD” təsvir ölçüsünə malikdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM