• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən qarınqulu adamı — siçan, pişik, insan əti yeyən Domeri

Dünyanın ən qarınqulu adamı — siçan, pişik, insan əti yeyən Domeri
28.10.2016 13:47
Sirr deyil ki, müasir dövrün ən geniş yayılmış qüsurlarından biri də qidaya qarşı acgözlükdür. 

Elə yaxın çevrəmizdə də həddən artıq qida qəbul edən, bir oturuma 3-4 nəfərin yeməyini yeyən adamlar var. Bu barədə nağıl və dastanlarda da kifayət qədər personajlar, məlumatlar var. Bir dəfəyə bir qoyunu yeyənlər, bir oturuma bir pud (16 kq) düyünün plovunu yeyənlər barədə nağıl, dastan, əsatirlər kifayət qədərdir. Amma bunlardan heç biri 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yaşamış Şarlem Domeri ilə bəhsə girə bilməz.

Şarlem çox nadir rast gəlinən polifagiya xəstəliyinə düçar olmuşdu. O, daim yemək arzulayır və hər dəfə də həddən artıq çox qida qəbul edirdi. Maraqlısı odur ki, bu qədər yemək yesə də, artıq çəkidən əziyyət çəkmirdi.

Şarlem polyak köklü ailədən çıxmışdı. Onun ailəsi böyük idi. Bu səbəbdən uşaq vaxtından daim ac olan oğlanı doydura bilmirdilər.
Heç vaxt yeməkdən doya bilməyən Şarlem 13 yaşı olanda Prussiya ordusuna daxil oldu. Sonradan isə, Fransanın inqilab ordusunun sıralarına qoşuldu və Şarl Domeri adını götürdü.

Domerinin nə dərəcədə acgöz olduğunu anlamaq üçün bir neçə faktı sıralamaq mümkündür:

– Fransa ordusunun sıralarında olduğu zaman 174 pişik tutub və yeyib. Bu faktı dövrün tarixi mənbələri qeyd edib. Yeməyə başlamazdan əvvəl Şarl pişikləri öldürürdü. Bəzən isə o qədər ac olurdu ki, pişikləri elə diri-diri yeyirdi.

– Əsasən ət yeməklərinə üstünlük verən qarınqulu ət tapmayanda 2-3 kilo ot yeyirdi. Ot da tapa bilməyəndə dayanmadan siqaret çəkirdi.

– Fransa hərbi-dəniz desantlarını İrlandiyaya aparan gəmidə qəribə hadisə baş verir. Döyüş zamanı top gülləsi matroslardan birinin ayağını qoparır. Domeri qopmuş ayağı qaparaq yeməyə başlayır. Ekipajın bir üzvü zorla insan ayağını onun əlindən alaraq suya atır.

– 1799-cu ilin fevral ayında Domerinin də göyərtəsində olduğu gəmi düşmənlər tərəfindən qəsb edilir və gəmi heyəti hərbi əsirlər üçün nəzərdə tutulmuş Liverpul düşərgəsinə göndərilir.

– Düşərgədə Domeri iştahı ilə rəhbərliyi dəhşətə gətirir. Ona digər əsirlərə nisbətən on dəfə çox yemək versələr də, Şarl daim aclıqdan şikayətlənirdi.
O dövr üçün bir fransız əsirinin standart qida rasionu- 740 qram çörək, 230 qram tərəvəz, 57 qram yağ və 170 qram pendir idi. Bu rəqəmi 10-a vurun.
– Yeməkdən doymayan Şarl həbsxana siçovulları və pişiklərini də həzm-rabedən keçirməyə başladı.

– Domerinin acgözlüyü barədə xəbər çox yerdə duyulur. O, bu məlumatı yoxlamaq üçün gələn xüsusi tibbi komissiyanın qarşısında 7.3 kilo çiy mal əti, 1 kilo sala yeyir və üstündən də 4 şüşə çaxır içir.

Həkimlər uzun yoxlamalardan sonra qərara gəlirlər ki, Şarl tamamilə sağlamdır. Həkimləri şübhəyə salan yeganə fakt isə o idi ki, Şarl yemək və yuxu vaxtı daim tərləyirdi.
Müasir tibbdə isə hələ də polifagiya xəstəliyinə düçar olan adam qeydə alınmayıb.( Ölkə.Az)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Dünya 23:16
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
Dünya 22:15
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Dünya 20:30
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Lavrov Bakıya gəlir
Dünya 13:31
Lavrov Bakıya gəlir
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Dünya 13:10
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Dünya 12:53
Ağ Ev rəsmiləri Keti Zakariasın mətbuat katibi vəzifəsindəki gələcəyini sual altına alıb
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Dünya 12:06
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
Dünya 22:45
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
İlon Mask yenidən trilyonçu statusunu itirib
Dünya 22:09
İlon Mask yenidən trilyonçu statusunu itirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol