• $
  • €
  • ₽
  • ₺
  • £

Bu nazirlik “İkitərəfli SMS xidməti”ni işə saldı

Bu nazirlik “İkitərəfli SMS xidməti”ni işə saldı
09.09.2016 15:42
Vergilər Nazirliyi tərəfindən 2012-ci ilən etibarən "İkitərəfli SMS xidməti”nin tətbiqinə başlanılıb. 

Nazirliyin Analitik-informasiya şöbəsi ANN.Az-a verilən məlumata görə, indiyə kimi, "İkitərəfli SMS xidməti” vasitəsi ilə yalnız xidmətə "Azercell” nömrələri ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 10 istiqamətdə, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 3 istiqamətdə məlumatlar göndərilirdi. "İkitərəfli SMS xidməti” vasitəsi ilə vergi ödəyicilərinə göndərilən məlumatların genişləndirilməsi məqsədilə görülmüş işlər nəticəsində 2014-cü ilin noyabrından etibarən abunə olmuş şəxslərə əlavə 11, xidmətdən sorğu vasitəsilə istifadə edən şəxslərə isə əlavə 2 istiqamət üzrə məlumatların göndərilməsi də təmin edilib. 

Hazırda "İkitərəfli SMS xidməti” vasitəsi ilə abunə olmuş şəxslərə vergi öhdəlikləri və vergi orqanının qanuni tələbləri barədə 21, xidmətdən sorğu vasitəsi ilə istifadə edən şəxslərə isə 5 istiqamətdə məlumatlar göndərilir. Artıq digər mobil operatorların ("Bakcell”, "Nar”) abonentlərinə bu xidmətdən istifadə etmək imkanı yaradılıb.

"İkitərəfli SMS xidməti”nə olan marağı, eləcə də, bu xidmətin əhəmiyyətini nəzərə alaraq, ondan daha səmərəli istifadə edilməsi məqsədilə xidmətin tanıtdırılması yolları müzakirə edilir. Müzakirələr nəticəsində "Azercell” nömrələrindən istifadə edən və fəaliyyəti aktiv olan 30 min vergi ödəyicisinə, eləcə də SMS xidmətindən istifadə üçün qeydiyyatdan keçmiş, lakin abunə olmamış şəxslərə ödənişsiz abunəlik xidmətinin 3 ay müddətinə aktivləşdirilməsinə dair icraçı şirkətlə razılıq əldə edilib.

Beləliklə, yaxın günlərdə 30 mindən çox vergi ödəyicisi "İkitərəfli SMS xidməti”ndən ödənişsiz şəkildə faydalana biləcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol