• $
  • €
  • ₽
  • ₺
  • £

Təqaüdçülərə verilən kredit tənzimlənməlidir- DEPUTAT

Təqaüdçülərə verilən kredit tənzimlənməlidir- DEPUTAT
05.05.2023 17:11
2022-ci ildə Azərbaycanda təqaüdçülərin banklara borcu 343 milyon manat artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı "Maliyyə Sabitliyi" hesabatında bildirilib.
 
Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, pensiyaçıların banklarda kredit öhdəliyinin artmasının səbəbi bəzi bankların pensiyaçılara kredit kampaniyası həyata keçirməsi ilə bağlıdır.

"Bəzi təqaüdçülər özlərinin və yaxınlarının pula ehtiyacı olduğu üçün həmin kampaniyadan istifadə edərək kredit götürürlər. Bu kampaniyaların çoxalması pensiyaçıların kredit öhdəliyinin artmasına gətirib çıxarır. Banklar kredit borcunu pensiyasiyadan praktik olaraq çıxa bilirlər. Pensiyaçıların böyük məbləğdə kredit borclanmasının olması arzuolunan deyil. Çünki onlar həssas təbəqədir. Təbii ki, burada kredit məbləği pensiya ilə müəyyən olunur. Çox pensiya alanlar üçün kredit çox verilir. Bütövlükdə Mərkəzi Bank sosial təbəqələrə ünvanlanan kredit kampaniyalarını tənzimlənməlidir. Bu kampaniyaları sosial və qayğıya ehtiyacı olan insanların kəskin borclanmasının gətirib çıxarmasın",- deputat əlavə edib.
 

Bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bildirir ki, təqaüdçülərə verilən kreditlərdə bank narahat olmur. Çünki gecikmədə onların pensiyasından tuta bilirlər.

"Təqaüdçülərin kredit verəndə gəlirin təstiqini istəyirlər. Təqaüdçülərə verilən kreditlərdə bank narahat olmur. Çünki gecikmədə onların pensiyasından tuta bilirlər. Bir qayda olaraq bu proses Azərbaycanda bir neçə banklara iddir və bu təqaüdçülərə problem yaradır. Banklar qanunsuzluq edirlər. Çünki vətəndaş krediti qaytara bilməyəndə vətəndaşın haqqı var ki, təqaüdünü başqa banka ötürsün. Azərbaycanda pensiyaçıların əksəriyyəti banklardan kredit alır. Pensiyaçıların olan qalan pulunu da əlindən alırlar. Təqaüdçülərə pis zərbədir, bu qədər bank faizlərinin olması onlara pis təsir edir. Vətəndaşın kredit ödənişlərindən sonra əlində ən azı yaşayış minimumu qalmalıdır.  Maliyyə bazarlarına nəzarət palatasının 2016 ci il qanununa görə, vətəndaşa kredit verilirsə, onun aylıq gəliri minimum yaşayış haqqının 3 qatından çox olmaldır.  İlk növbədə özünü təmin etməlidir, sonra kreditini ödəməlidir. Amma bizdə banklar buna riayət etmir. 200-300 manat təqaüd alan pensiyaçı necə kredit versin? Onu da nəzərə alsaq ki, pensiyaçılar o krediti özləri üçün götürmürlər. Rəsmi işi olmayan şəxlərin xahişi ilə kredit imkanlarından yararlanırlar",- hüquqşünas əlavə edib.
 
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı düşünür ki, Azərbaycanda təqaüdçülərin borclarının çoxalmasının səbəbi bankların son vaxtlar təqaüdçülərə kreditlərin verilməsinin asanlaşdırmasıdır.
 
"Azərbaycanda təqaüdçülərin sosial vəziyyəti getdikcə ağırlaşır. Vəziyyətin belə olmasının səbəbi bankların son vaxtlar təqaüdçülərə kreditlərin verilməsinin asanlaşdırmasıdır. Əvvəllər belə hallar baş vermirdi, çünki hazırda krediti verməyəndə banklar tuta bilirlər. Azərbaycanda təqaüdlər normal bir insanın yaşayışı üçün kifayət etmir. Müalicəyə və müəyyən ev əşyalarının alınmasında kreditə üz tuturlar. Bu da təqaüdçülərin yaşayışını pisləşdirir. Pensiyaçılarda kredit ödəyəndə özlərinə heç nə qalmır. Bir çoxu tənha yaşayan insanlardır. Onların müxtəlif xəstəlikləri  və s. preoblemləri var. Bu səbəbdən dövlət pensiya yaşını aşağı salmalıdır. Pensiyalarının məbləği normal yaşayış səviyyəsinə uyğunlaşmaldır. Yoxsa pensiyaçıların vəziyyəti getdikcə pisləşəcək",- sosioloq vurğulayıb.
 
Son 4 ildə bankların təqaüdçülərə verdiyi kreditlər 565%-dən çox artıb. Belə ki, 2018-ci ildə təqaüdçülərin banklar qarşısında borcu 520 milyon manat, 2019-cu ildə 693 milyon manat, 2020-ci ildə 696 milyon manat, 2021-ci ildə 678 milyon manat olub.
 
Azərbaycan vətəndaşlarının banklara istehlak kreditinin həcmi bu ilin əvvəlində 5 milyard manatdan çox olub. Həmin dövrdə ipoteka kreditləri portfeli isə 139 milyon 596 min manat artaraq 3 milyard 124 milyon 755 min manata çatıb. Bununla da əhalinin banklara ümumi borcu 9 milyard manatı keçib.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyənləşdirilib. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manatdır.
 

Aytac Zeynalova

 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol