Ermənilər Azərbaycanın mülki vətəndaşını yaralayıb

11:23 | 24.09.2015
Ermənilər Azərbaycanın mülki vətəndaşını yaralayıb

Ermənilər Azərbaycanın mülki vətəndaşını yaralayıb

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndləri müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar. Bu barədə "Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

"Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür”, - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib: "Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb