Flora Kərimova Niderlanda gedir

17:04 | 08.04.2014
Flora Kərimova Niderlanda gedir

Flora Kərimova Niderlanda gedir

Azərbaycanın xalq artisti Flora Kərimova Niderlanda səfər edəcək.Niderland Krallığındakı “Beniluks” Azərbaycan Konqresindən APA-ya verilən məlumata görə, xanım sənətçi səfər çərçivəsində gənc müğənni Rövşən Civişovla birgə konsert proqramı ilə çıxış edəcək. Mərasimdə Azərbaycan və Türk diasporunun rəsmiləri, diplomatlar, mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir Niderland Krallığının Rotterdam şəhərində başlayacaq. Səfər “Beniluks” Azərbaycan Konqresinin prezidenti Sahil Qasımovun dəvəti ilə baş tutacaq.Qeyd edək ki, aprelin 13-də Niderland Krallığında “Beniluks” Azərbaycan Konqresinin yeni yaranmış iki təşkilatının - Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimali Hollandiya Azərbaycanlılar İttifaqının təqdimetmə mərasiminə hazırlıq görülür.Hollandiyada konsertdən əlavə Flora Kərimova ilə Rövşən Civişovun birgə ifa etdiyi “Məndə bu sevgiyə dözüm yox” adlı mahnıya klip çəkilməsi nəzərdə tutulur. Klip çəkilişləri Amsterdamın bir neçə məşhur məkanında reallaşacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb