“Google”un sahibinin gəliri kəskin artıb

20:56 | 28.10.2016
“Google”un sahibinin gəliri kəskin artıb

“Google”un sahibinin gəliri kəskin artıb

"Google” korporasiyasının sahibi olan ABŞ-ın "Alphabet” holdinqinin gəliri bu ilin üçüncü rübündə analitiklərin gözləntilərini üstələyib və 22,45 milyard dollar təşkil edib.

İKT.lent.az-ın "Reuters” agentliyinə istinadən məlumatına görə, holdinqin reklam mənfəəti 18 faiz artıb və 19,82 milyard dollar olub ki, bu da "Alphabet”in son rübdə əldə etdiyi mənfəətindən 89 faiz çoxdur.

Həmçinin bildirilir ki, şirkətin bulud biznesi ötən rüblə müqayisədə 38 faiz artıb.

"Alphabet”in bu ilin üçüncü rübündə xalis mənfəəti 5,06 milyard dollara qədər artıb. Həmçinin qeyd edilir ki, holdinqin səhmlərinin qiyməti bu ilin əvvəlindən bəri 5 faizdən artıq yüksəlib və bir ədədinə görə 817 dollara çatıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM