III Sevil Beynəlxalq Qadın Film Festivalı proqramını elan edir

19:30 | 04.08.2022
III Sevil Beynəlxalq Qadın Film Festivalı proqramını elan edir

III Sevil Beynəlxalq Qadın Film Festivalı proqramını elan edir

Festival proqramının önəmli bir hissəsi olan  "Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya primyerasını 2019-cu ilə Sundance film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş "Bal ölkəsi” filmi bu bölmənin ən parlaq filmlərindən biridir.
 
Festival həyatı olduqca zəngin olan film 2019 Sundance Film Festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film və Ən Yaxşı Sənədli Film kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. "Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

"Festivallardan seçmələr” bölməsinə daxil olan digər filmlər aşağıdakılardır. 

"Sevgilərlə, atan" - 13 dəqiqə (Diana Cam Van Nguyen) - Çexiya


- "Dördüncü divar" - 10 dəqiqə (Mahboobeh Kalaee) - İran


- "Ölümünə boşanmaq" - 80 dəqiqə (Chloe Fairweather) - Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya


- "Sincarın mələkləri" - 113 dəqiqə (Hanna Polak) - Polşa, Almaniya


- "Ailənin rentgenoqramı" - 81 dəqiqə (Firuzeh Khosrovani) - İran, Norveç, İsveçrə


- "İstədiyim kimi" - 88 dəqiqə (Samaher Alqadi) - Misir, Norveç, Fransa, Fələstin, Almaniya


- "Dəcəl uşaqlar" - 93 dəqiqə (Ahmet Necdet Cupur) Türkiyə, Fransa, Türkiyə, Almaniya


- "Bütün vəhşilər insandır" - 17 dəqiqə (Helen Spooner, Hugh Davies) - Azərbaycan, Birləşmiş Krallıq


Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametraj sənədli filmlər də artıq məlumdur. Belə ki, Seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalın qapanış  günü qaliblər elan ediləcək. 
"Ən yaxşı tammetraj sənədli film” nominasiyasında yarışacaq filmlər -


Seçim - 42 dəqiqə, Mansoureh Radfar - İran


Ama-Das - 71 dəqiqə, Marga Gutiérrez - İspaniya


Lunàdigas - və ya analıqdan imtina haqqında - 78 dəqiqə, Nicoletta Nesler, Marilisa Piga – İtaliya


Mən ölüncə yaşa - 83 dəqiqə, Gustav Ågerstrand, Åsa Ekman, Oscar Hedin Hetteberg, Anders Teigen - İsveç


Kədər tərbiyəçisi - 66 dəqiqə, Mina Laamo - Finlandiya


Kimliyin səsi - 90 dəqiqə, James Kicklighter – ABŞ


"Ən yaxşı beynəlxalq qısa sənədli film” nominasiyasında yarışacaq filmlər


Bonita- 25 dəqiqə, Marina França- Brazilya
Roza ilə rəqs-20 dəqiqə, Robert Munoz Ruperez- İspaniya
Sükut içində pıçıltı- 20 dəqiqə, Sarqol Eslamlan- İran
Dinlə məni- 16 dəqiqə, Paula Armijo- İspaniya
Çöl çiçəkləri- 20 dəqiqə, Mariana X. Rivera- Meksika
Əzizim, sən buna layiqsən- 29 dəqiqə, Lamiaa İdriss- Misir


"Ən yaxşı yerli qısa sənədli film” nominasiyasında yarışacaq filmlər


A və 24 digərləri - 18 dəqiqə, Vüsalə Hacıyeva-Azərbaycan
Köz Təndir - 17 dəqiqə, Səməd Ağayev- Azərbaycan
Unudulmuş arzular - 25 dəqiqə, Aynur Kazımova- Azərbaycan
Üfürülməmiş şamlar - 15 dəqiqə, Atanur Nəbiyeva- Azərbaycan
Gediş- 16 dəqiqə, Hunay Saday- Azərbaycan


Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məslələri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəsisləri Jean Mouin, Marina Belikova, "Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır. 


Sevilfest bu il Polşanın Vistula festivalı ilə də əməkdaşlıq edir. Belə ki, III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutacaq VII "Visla” Polşa filmlərinin festivalı üç  tammetraj, bir qısametraj Polşa sənədli filminin nümayişindən ibarətdir. 
Mənə Mariana deyin- 75 dəqiqə, Karolina Beliavska
Məcburi proqram- 72 dəqiqə, Eva Koçanska 
Kəndlililər-  72 dəqiqə, Karol Palka
Janna Dark- 30 dəqiqə, Aleksandr Şamalek


Festivalın Fransa Institutu ilə apardığı əməkdaşlıq çərçivəsində isə Sébastien Lifshitz-in Petite Fille- balaca qız filmi nümayiş ediləcək. 


Son olaraq Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı hər kəsi 13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində baş tutacaq zəngin festival proqramını izləməyə dəvət edir. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb