İlon Musk Baydenin "axmaqlığı" ucbatından III Dünya Müharibəsi olacağını deyir

15:47 | 05.04.2024
İlon Musk Baydenin

İlon Musk Baydenin "axmaqlığı" ucbatından III Dünya Müharibəsi olacağını deyir

Amerikalı milyarder İlon Mask ABŞ-ın prezidenti Co Baydenin hazırkı fəaliyyətinin III Dünya Müharibəsinə səbəb ola biləcəyini deyir. Bu barədə milyarder öz "X" (tvitter) səhifəsində yazıb. 
 
"Co Bayden tamamilə axmaqlığı səbəbindən III Dünya Müharibəsini işə salacaq. Bu son dərəcə təhlükəlidir",- Mask yazıb. 

İlon Mask dəfələrlə X sosial şəbəkəsində bildirib ki, Amerika lideri Co Bayden onun ətrafında baş verənlərdən xəbərsizdir. 
 
Hazırda dünyada bir neçə ölkələr arasında gərginlik var. Belə ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də İsrail-Fələstin müharibəsi davam edir. 
 
Bir neçə gün öncə İsrailin Dəməşqdə İran səfirliyini bombalaması İran İsrail müharibəsini bir az da gərginləşdirib. İran yaxın zamanda İsrailə cavab verəcəyini açıqlayıb. İsrail baş verənlərə tədbir məqsədilə 20-dən çox ölkəsində səfirliyin nümayəndələrini təxliyə edib. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM