İranın nüvə sazişindən qazancı – 3 milyard

18:34 | 19.04.2016
İranın nüvə sazişindən qazancı – 3 milyard

İranın nüvə sazişindən qazancı – 3 milyard

Dünya gücləri ilə nüvə sazişi imzalanandan bəri İran dondurulmuş hesablarından 3 milyard dollara yaxın vəsait əldə edib. Bunu ABŞ-ın Dövlət katibi John Kerry aprelin 18-də deyib.

ABŞ-da respublikaçılar, eləcə də, sazişin digər opponentləri xəbərdarlıq edirdilər ki, Tehran sanksiyalar qaldırılandan sonra nəhəng gəlir əldə edəcək.

Kerry deyib ki, prezidentliyə bəzi namizədlər səhvən 155 milyard dollar rəqəmini səsləndirirdilər. "Heç vaxt məbləğin bu qədər olacağını düşünmürdüm. Digərləri deyirdi ki, 100 milyard dollar olacaq”.

Kerry-nin sözlərincə, Dövlət Departamenti 55 milyard dollarlıq bir qazanc olacağını hesablayıb.

Aprelin 19-da Kerry Nyu Yorkda iranlı həmkarı Javad Zarif-lə görüşəcək. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM