İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirildi

10:11 | 30.06.2016
İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirildi

İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirildi

İstanbulun bir sıra rayonlarında terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

İnformasiyada bildirilib ki, xüsusi təyinatlı polis dəstəsi başçılıq etdiyi əməliyyat İstanbulun Pendik, Başakşəhir və Sultanbəyli rayonları başda olmaqla bir çox ünvanlarda keçirilib, axtarış aparılıb. Əməliyyat nəticəsində saxlanılanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.
Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb