İstehsalçılardan alınan buğdanın qiyməti qaldırıldı

19:04 | 01.09.2016
İstehsalçılardan alınan buğdanın qiyməti qaldırıldı

İstehsalçılardan alınan buğdanın qiyməti qaldırıldı

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı uzadılıb.
 
Bu barədə "APA-Economics"ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
 
Bildiririk ki, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.
 
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112” qaynar xəttinə müraciət etmək olar", - deyə məlumatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM