İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi GTT-nin qonağı oldu - Fotolar

20:28 | 10.12.2015
İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi GTT-nin qonağı oldu - Fotolar

İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi GTT-nin qonağı oldu - Fotolar

İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad  Azərbaycan  Dövlət  Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə görüşüb.
 
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, teatrın direktoru, Əməkdar Artist  Mübariz Həmidov və baş rejissor Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovla baş tutan görüşdə İsveç Krallığının təşəbbüsü ilə Dövlət Gənc Tamaşaçılar Teatrında birgə layihənin həyata keçirilməsi haqqında müzakirələr edilib.
 
Müzakirələrə əsasən həyata keçiriləcək layihədə görkəmli İsveç yazıçısı, uşaqların sevə-sevə oxuduqları "Balaca və damda yaşayan Karlson”, "Uzuncorab Peppi” və digər maraqlı əsərlərin müəllifi Astrid Lindqrenin yaradıcılığı əsas götürülüb. Belə ki, teatrda adıçəkilən yazarın əsərlərindən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində səhnələşdirilməsi nəzərdə tutulub. Təklif olunan əsərlər arasında yazarın qələmə aldığı ən maraqlı nümunələr öz əksini tapıb.
 
Teatrın direktoru M.Həmidov bildirib ki, A.Lindqrenin "Balaca və damda yaşayan Karlson” əsəri artıq teatrda Beyəlxalq layihə çərçivəsində  səhnələşdirildiyinə görə, yazarın digər əsərləri oxunaraq ümumi qərar qəbul ediləcək. Bundan sonra tamaşanın bədii heyətinin Gənc Tamaşaçılar Teatrından və ya İsveç Krallığından dəvət olunması məsələsinə də baxılacaq.
 
T.Danestad teatrın cari repertuarında artıq iki İsveç müəllifinin (A.Lindqren "Balaca və damda yaşayan Karlson”, L.Nuren "Mən gəldim qızlar” (Müharibə”)) əsərlərinin mövcudluğunun olduqca xoş təəssürat yaratdığını bildirirək, bu əməkdaşlığın uğurlu alınacağına ümid edib.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM