Jurnalisti Krımdan buraxmırlar

18:12 | 20.04.2016
Jurnalisti Krımdan buraxmırlar

Jurnalisti Krımdan buraxmırlar

Azad Avropa/AzadlıqRadiosu jurnalistinin Krımdan çıxması yasaqlanıb. Səbəb ona qarşı yerli rusiyapərəst hakimiyyətin araşdırma aparmasıdır. Məlumatı Krımın de- fakto baş prokurorluğu yayıb.

Radio həmin jurnalistin adını açıqlamır. Prokurorluq aprelin 19-da bildirib ki, jurnalistin "mediada Rusiyanın ərazi bütövlüyünə zərbə vuran çağırışlar etməsi”nə dair iddialar araşdırılır.

Azad Avropa/AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic aprelin 19-da açıqlama yayıb. Baş redaktor deyib ki, polis Krımda yeddi nəfərin, o cümlədən, AzadlıqRadiosu müxbirlərinin evində axtarış aparıb. "Həmin jurnalistlərdən birinə işilə bağlı ittihamlardan dolayı beş illik həbs cəzası kəsilə bilər”.

Krımın Baş prokuroru Natalya Poklonskaya AzadlıqRadiosunun Krım vebsaytının bağlanmasına çağırmışdı.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib. Bundan sonra Rusiya parlamentin bir qanun qəbul edib, ölkənin ərazi bütövlüyünü sual altına almaq cinayət sayılır. Yəni işğala qarşı çıxan da cinayət işləmiş olur.

Pejic deyib ki, AzadlıqRadiosunun Krım vebsaytı Rusiyanın işğal etdiyi Krımda azsaylı müstəqil media orqanlarından biridir. "Azad Avropa/AzadlıqRadiosu izləyicilərinə gərəkən peşəkar yayımı dayandırmayacaq. Biz həmkarlarımızın müdafiəsini dayandırmayacağıq”. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM