"Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək”.
Bunu AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Azərbaycan parlamentinin keçmiş vitse-spikeri, akademik Gövhər Baxşəliyeva "Virtualaz.org”a müsahibəsində deyib.
O xatırladıb ki, kürdlər heç vaxt Azərbaycan ərazilərinə iddialarını gizlətməyiblər və bunu nə vaxtlarsa dövlətimizin ərazisində Qırmızı Kürdüstan adlı qurumun mövcud olması ilə əsaslandırırlar. Lakin onun yaranması və mövcud olması tarixinin kürd xalqına heç bir aidiyyatı yoxdur. Bəli, ötən əsrin 20-ci illərində orada bir neçə min kürd yaşayıb və bolşeviklər onlar üçün kürd dilində tədris aparılan məktəblər açmağa qərar veriblər.
Alim onu da qeyd edib ki, Yaxın Şərqdə yaşanan xaos ilk növbədə ABŞ-a lazımdır ki, regionu asanlıqla idarə edə bilsin: "Buna görə də, istisna etmirəm ki, məhz Ştatlar Kürdüstanın müstəqilliyini və İraqın parçalanmasını dəstəkləyəcəklər. Bu prosesdən əziyyət çəkən isə yenidən Qərb imperializminin maraqlarının qurbanına çevriləcək İraq ərəbləri olacaq”, - G.Baxşəliyeva hesab edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !