Mesut Özil "Mançester Siti"yə keçir?

17:40 | 22.10.2014
Mesut Özil "Mançester Siti"yə keçir?

Mesut Özil "Mançester Siti"yə keçir?

Adı "Bavariya" ilə hallanan "Arsenal"ın ulduz futboçusu Mesut Özili "Mançester Siti" də transfer etmək istəyir. Göy-ağların Yaya Ture ilə yollarını ayırıb onun yerinə türk əsilli futbolçunu transfer etmək istədiyi deyilir. 

ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Özilin İngiltərə Premyer Liqasının köklü klublarından olan "Arseanl"dakı gələcəyi şübhəli görünür, təsadüfi deyil ki, son zamanlar onun "Bavariya"ya keçəcəyi ilə bağlı şayiələr geniş yayılıb. İndi isə daha bir nəhəng ingilis klubu "Mançester Siti"nin onun transferində maraqlı olduğu barədə xəbərlər ortaya çıxıb. 

Mançester klubunun baş məşqçisi Manuel Pelleqrininin son dövlər özünü yaxşı tərəfdən göstərə bilməyən Yaya Tureni klubdan göndərmək istədiyi, onun yerinə isə futbolçu axtarışında olduğu bildirilir. Çilili məşqçinin ilk hədəfinin 26 yaşlı Mesut Özil olduğu vurğulanıb. 

"Mançester Siti"nin 2013-cü ildə "Real Madrid"dən "Arsenal"a 42.5 milyon funt sterlinqə transfer olunan futbolçuya görə, 32 milyon funt ödəməyə hazır olduğu da bildirilib. 

Premyer Liqanın ötən il çempion olaraq yekunlaşdıran "Siti" qış transfer pəncərəsində Özili heyətinə qatarsa, Yaya Ture klubu tərk edəcək. Yaya Tureylə isə Fransanın "PSJ" və "Monako" klubları yaxından maraqlanır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM