Mustafa Dənizli yenidən "Xəzər Lənkəran"da çalışa bilər

21:32 | 06.06.2014
Mustafa Dənizli yenidən "Xəzər Lənkəran"da çalışa bilər

Mustafa Dənizli yenidən "Xəzər Lənkəran"da çalışa bilər

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli yenidən cənub təmsilçisində çalışa bilər. Türkiyəli mütəxəssisin bu dəfə klubun idman direktoru vəzifəsini icra etməsi gözlənilir.

Bu barədə Qol.Az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, hazırda bu məsələ müzakirə olunur:

"Mustafa Dənizlinin idman direktoru təyin ediləcəyi klubun gündəliyində duran məsələdir. Ancaq hələlik rəsmiləşməyib".

Qeyd edək ki, M.Dənizli bu gün futbol11.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın idman direktoru olacağını və bu ayın sonunda Azərbaycana gələcəyini deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb