Neft milyonçularını Azərbaycana bağlayan Balaxanı - FOTOLAR

09:24 | 07.07.2015
Neft milyonçularını Azərbaycana bağlayan Balaxanı - FOTOLAR

Neft milyonçularını Azərbaycana bağlayan Balaxanı - FOTOLAR

XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın əsas neft çıxarma mərkəzi olan Balaxanı qəsəbəsinin indiki durumu nə yerdədir? 

"Bala" - yuxarı, hündür, "xana" - ev - yəni "Yuxarıdakı ev"mənasını verən Balaxanıda ilk dəfə 1869-cu ildə mexaniki vurma quyusu qazılıb. Quyudan neft çox sürətlə çıxıb və üç gün ərzində həmin quyunun ətrafı neft gölünə dönüb. 

1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlayıb. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərib.

Balaxanıda ilk neft quyusunun şərəfinə abidə qoyulub. Lakin hazırda bu abidədən iz qalmayıb. Balaxanıda keçmişin izinin itib-batması təkcə bununla yekunlaşmır. İndi bu qəsəbədə nə yüzlərlə fəhlələr çalışır, nə də tonlarla neft çıxarılır. Burada qalan sadəcə quru neft buruqlarıdır ki, onların səsi ara-sıra eşidilir. Bundan əlavə mazut axıntısı, sarı torpaq üzərində qara yaraya bənzəyir. 

Bir müddət əvvəl qəsəbənin adının dəyişdirilməsi ilə bağlı məsələ də gündəmdə idi. Amma adının dəyişdirilməsi ilə simasının dəyişdirilməsi arasında düz mütənasibliyi görmək o qədər də asan deyil...

ANN.Az-ın fotomüxbiri Balaxanı qəsəbəsində olub və keçmişin silinmiş izlərindən ibarət fotosessiyanı oxuculara təqdim edirik. Artıq burada neft səltənətindən əsər-əlamət qalmayıb, çadar-çadar olmuş torpaq, alaq basmış yamaclarda gölməçələnən mazut, pas atmış dəmir borular adamda yalnız bir təəssürat yaradır - neft xarabalığı

Fotoların müəllifi Fərqanə Novruzovadır

 



























 





















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM