Polislər tətilə başladı

09:24 | 08.05.2014
Polislər tətilə başladı

Polislər tətilə başladı

 Braziliya federal polisi maaşların artırılması tələbi ilə birgünlük tətil elan edib.APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ən azı 40 % asayiş  keşikçisi tətildə iştirak edir. Tələblərinin yerinə yetirilmədiyi təqdirdə, polis əməkdaşları yayda Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı müddətində etiraz aksiyalarına əl atacaqlarını bildiriblər. Qeyd edək ki, apreldə polisin tətilinə görə cinayətkarlığın kəskin şəkildə artması səbəbindən hökumət ölkənin şimali-şərqində yerləşən Baya ştatına qoşun hissələrini yeritməyə məcbur olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM