• $
  • €
  • ₽
  • ₺
  • £

YAP Xarici İşlər Nazirliyi sistemində baş verənlərə münasibət bildirdi

YAP Xarici İşlər Nazirliyi sistemində baş verənlərə münasibət bildirdi
14.09.2015 17:15
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Xarici İşlər Nazirliyi sistemində baş verən proseslərə, o cümlədən, Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində işləyən bir neçə diplomatın xaricdə sığınacaq almasına münasibət bildirib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında deyib ki, hər bir insan, xüsusilə də xaricdə fəaliyyət göstərən diplomatlar millətinə, dövlətinə sadiq olmalıdır: "Amma indi valideyn uşağına cavabdehlik daşıya bilmir, Xarici İşlər Nazirliyi hər bir işçisinin əməlinə görə necə cavabdehlik daşıya bilər?". 
 
S.Novruzov qeyd edib ki, dövlət strukturlarında işləyən hansısa şəxsin əməlinə görə rəhbərlik məsuliyyət daşımır: "Bəzən görürsən ki, bunların da içindən dürüst olmayan adamlar çıxır. Elə bir aparat yoxdur ki, insanları ondan keçirəsən, qanında, canında olan xainliyi əvvəldən müəyyən edəsən. Bu baxımdan belə hallar bütün strukturlarda ola bilər. Belə məsələlərdə rəhbər şəxsin məsuliyyət daşıdığını demək düzgün olmaz".

YAP icra katibinin müavini vurgulayıb ki, bəzi qərəzli şəxslər, xüsusilə də bir neçə partiyanın sədri belə məsələləri şişirdirlər: "Amma həmin partiyalarda, təşkilatlarda da yolundan çıxan insanlar olur. Həmin şəxslərə görə partiya sədrləri məsuliyyət daşımadığı kimi, dövlət qurumlarının rəhbərləri də hər bir işçiyə görə məsuliyyət daşıya bilməzlər".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol