• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
19.05.2016 15:26
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində bu gün Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşü olub.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar.
 
Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər.
 
E. Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışlayıb.
 
Tərəflər həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.
 
Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini qəbul edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol