• $
  • €
  • ₽
  • ₺
  • £

28 May - Respublika Günü Avstraliyada təmtəraqla qeyd edildi - FOTOLAR

28 May - Respublika Günü Avstraliyada təmtəraqla qeyd edildi - FOTOLAR
27.05.2016 14:18
Asim Mollazadə Avstraliya ictimaiyyətinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məlumat verib.  

Azərbaycanın milli bayramı 28 May - Respublika Günü Avstraliyanın Pert şəhərində  təntənəli şəkildə qeyd edilib. 

Pert şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Respublika Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Con Hammond tədbirə gələn qonaqları salamlayıb və Azərbaycan haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən Asim Mollazadə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasından danışıb və bildirib ki, bu, Azərbaycanın şanlı tarixində böyük mərhələnin əsasını qoyub. O, Azərbaycan həqiqətləri, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Xocalı faciəsi  haqqında ətraflı məlumat verib, Azərbaycanın multikulturalizm ənənələrindən danışıb. 

Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlament deputatı Lyuk Simpkins isə çıxışında qeyd edib ki, Ermənıstan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli prinsiplərlə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır. 

Milli Məclisin deputatı Xanlar Fətiyev, Azərbaycanın dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Mərasimdə Azərbaycan haqqında sənədli film nümayiş olunub, iştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitablar  paylanılıb.

Tədbirdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yahudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
 








www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol