• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin ordu generalı: “İşğal altındakı Qarabağ torpaqları qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır”

Türkiyənin ordu generalı: “İşğal altındakı Qarabağ torpaqları qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır”
30.08.2016 11:28
"Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir, biz bu şəkildə baxırıq. 

Ona görə də, 30 avqust eyni zamanda Azərbaycanın da zəfər bayramıdır. Əziz vətən torpaqlarının müvəqqəti də olsa, erməni işğalı altında qalması, əlbəttə ki, hamımızı fövqəladə dərəcədə narahat edir”.
 
Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Quru Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı Ərdal Ceylanoğlu deyib.
 
Dörd dəfə Qarabağ bölgəsində olduğunu söyləyən general Azərbaycan ordusunun oradakı mövqelərinin hər dəfə daha çox gücləndiyinin şahidi olduğunu bildirib: "Qarabağı işğaldan azad etmək üçün azərbaycanlı qardaşlarımızın həyəcanını görmüşəm. İşğal altındakı əziz vətən torpaqları bir an əvvəl qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır, haqsızlığın aradan qaldırılması üçün lazım olan barış mexanizmləri işlədilmirsə, onun aradan qaldırılması üçün başqa mexanizmlərin dövriyyəyə girməsi qaçılmaz olacaq. Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək o torpaqlarda əbədi azadlıq tonqalı yandırıb, Heydər Əliyev "Bir millət, iki dövlət” deyərək qardaşlığımızı pərçimləyib. Bundan o tərəfə deyiləcək söz varmı?..”
 
Qeyd edək ki, ordu generalı Ərdal Ceylanoğlu 2010-cu ildə Türkiyə Quru Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. Türk ordusuna qarşı təşkil edilmiş saxta "Balyoz” və "Ergenekon” əməliyyatlarına etiraz əlaməti olaraq 2011-ci ilin iyulunda Baş Qərargahın o vaxtkı rəisi, ordu generalı İşık Koşanər ilə birlikdə istefa verib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol