• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədən Azərbaycana FETÖ DOSYESİ - ADLAR, İFADƏLƏR, QURUMLAR...

Türkiyədən Azərbaycana FETÖ DOSYESİ - ADLAR, İFADƏLƏR, QURUMLAR...
07.10.2016 14:48
Türkiyənin Yarqıtay orqanı (ən ali prokurorluq orqanı) Azərbaycanın Baş Prokurorluğuna FETÖ qruplaşmasının buradakı şəbəkələşməsi ilə bağlı sənəd göndərib.
 
"Sabah” qəzetinin yaydığı məlumata görə, sənədlər toplusunda TANAP kimi böyük enerji layihəsinin necə hədəfə alındığını göstərən MİT (Milli Kəşfiyyat İdarəsi) hesabatı da var.
 
Xəbərdə bildirilir ki, Türkiyə ilə rəsmi yazışmalara başlayan Azərbaycanın Baş Prokurorluğu Yarqıtaydan FETÖ ilə bağlı məlumat və sənədləri istəyib. Bundan sonra rəsmi Ankara Azərbaycana aid olan və ya aid ola biləcək sənədləri toplayıb və həmin materiallar Azərbaycana təqdim edilib. Bildirilir ki, təqdim edilmiş sənədlər arasında ən vacibi və maraqlısı MİT-in hazırladığı "FETÖ - Azərbaycan raportu"dur. Bu sənəddə FETÖ-nün beynəlxalq əlaqələrdə necə şəbəkələşdiyi, bu təşkilat üçün ən vacib istinadgahlardan birinin də Azərbaycan olduğu qeyd edilir.
 
MİT-in hesabatında FETÖ-nün Azərbaycan və digər ölkələrlə olan enerji layihələrinin idarəetməsini ələ keçirməyə çalışdığı, TANAP-ın da bu məqsədlə hədəflər arasında olduğu vurğulanıb.
 
Bundan başqa Baş Prokurorluğa daxil olan sənədlər toplusunda FETÖ-nün Azərbaycanda təhsil xidmətləri adı altında ən az 28 qurumunun olduğu və bu məktəblərlə bağlı məlumatlar da var.
 
Qeyd edək ki, rəsmi Bakıya təqdim edilən sənədlər arasında FETÖ üzvü olduğu üçün axtarışa verilmiş və Türkiyənin müxtəlif ölkələrdən deportasiyasına çalışdığı şəxslərin siyahısı da var. Sənəddə həmçinin, 15 iyul hadisələrinə görə tutulan hərbçilərin ifadələrinin xülasəsi var. İfadələrin yekun mahiyyəti çevriliş cəhdi əmrinin Fətullah Gülən tərəfindən verildiyini göstərir.// Lent.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol