• $
  • €
  • ₽
  • ₺
  • £

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi
25.10.2016 17:55
Müğənni Soso Pavliaşvili milli qalmaqala cəlb edilib.

Oxu.Az bu barədə "life.ru”ya istinadən xəbər verir. 

Xatırladaq ki, sosial şəbəkədə Azərbaycanın Xalq artisti Ramiz Fətəliyevin Soso Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməsi ilə bağlı xahiş məktubu dərc edilib.  

Azərbaycan kino xadiminin sözlərinə görə, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur. 

Soso Pavliaşvili bəyan edib ki, onun konsertləri siyasi xarakter daşımır. 

"Siz mənim üçün narahat olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə dəvət edirəm, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya etiqadına görə yox, hərəkətlərinə görə dostluq edirəm.

Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram!

Bakıdan mənə zəng edirlər və deyirlər ki, Soso biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!

Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilər ilə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşamayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram.

Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə dəvət edirəm. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!”, - deyə Soso Pavliaşvili bildirib. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol