• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Administrasiyasına kütləvi ŞİKAYƏT

Prezident Administrasiyasına kütləvi ŞİKAYƏT
16.02.2017 10:23
Siyahıda "Kristal Abşeron”, "Kristal-L”, "Fortis-Bayıl”, "İlin dörd fəsli”, "Belıy lebed”, "Şərur” kimi şirkətlərin də adları var
REPORT.AZ/ Azərbaycanda vətəndaşların narazı qaldığı tikinti şirkətlərinin adları açıqlanıb.

"Report"un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, 2016-cı ildə PA-ya daxil olan şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətləniblər.

PA-nın şöbə müdiri vurğulayıb ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir: "Bunlardan "Kristal Abşeron”, "Kristal-L”, "Fortis-Bayıl”, "İlin dörd fəsli”, "Belıy lebed”, "Şərur”, "Deluxe”, "Orbita”, "Badu-Kubə”, "Birlik”, "Xəmsə”, "Hasil”, "ARAZ-2011A”, "İnkişaf-S”, "Rahatlığın Məkanı-Gold”, "Ulduz-S”, "Murad M.S.”, "FVS İnşaat”, "BAKİNKOM”, "Yusifoğlu”, "AAAF İnşaat”, "Evrostroy Group”, "Akkord”, "Rahat”, "Orbit”, "Nur”, "Yüksəliş C”, "Olimp”, "İ.N.V.”, "Neftçi”, "Pərvin İnşaat”, "Azərros İK”, "Xəzər İnşaat-XXI əsr”, "Mur Ay”, "RT-LTD”, "Ələsgəroğlu-K”, "Svit Haus” və başqalarını qeyd etməliyik. Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılmış, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə "MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, "198 Saylı”, "200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilib, digər MTK-ların - "Əli bəy”, "Əzizbəy-KM”, "AENT-E”, "Fateh-N”, "Badu-Kubə”, "Şahbulaq”, "Term”, "İDEAL-İ İnşaat”, "Mehriban Qonşular”, "Xətai-2”, "Ulduz-S”, "Azərtikinti ATF”, "Dərəçiçək”, "Fuad LTD”, "Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılıb, bu cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıb.

Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bu il mənzil tikintisi sahəsində böyük canlanma baş verəcək, sosial evlərin tikintisinə başlanacaq və köhnə yaşayış sahələrinin yerində tikilən binalarda həmin ərazidə yaşayan sakinlərin mənzillə təminatının yeni qaydaları tətbiq olunacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol