• $
  • €
  • ₽
  • ₺
  • £

"İsgəndər" raketi Bakıya doğru yönələrsə Ermənistan yer üzündən silinəcək!" - POLKOVNİK

"İsgəndər" raketi Bakıya doğru yönələrsə Ermənistan yer üzündən silinəcək!" - POLKOVNİK
27.03.2017 11:23
Ermənistan tərəfi bir neçə gündür cəbhə bölgəsində hərbi təlimlərə başlayıb.

Bildiyimiz kimi, bir müddət əvvəl prezident Serj Sarkisyan vəziyyət gərginləşərsə, "İsgəndər" raketlərindən istifadə edəcəkləri barədə açıqlama vermişdi.

Bununla bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan tərəfi son günlər təmas xəttinə yaxın ərazilərdə hərbi təlimlər keçirməklə, daxildəki gərginliyi azaltmaq istəyir:

"Belə bəyanatların verilməsi gözləniləndir. Ermənistanın siyasi və hərbi rəhbərliyi öz hakimiyyətini qorumağa çalışır. Ona görə də, Serj Sarkisyan əyninə hərbi forma geyinib, Azərbaycanın işğal olmuş ərazilərində bəyanatlar səsləndirir. Azərbaycan Xarici İşlər Nazirliyi ən azından bu həyasızın ağzından vurmalıdır. Azərbaycan heç nə və heç kimdən qorxmur. Bizim çatmaq istədiyimiz hədəf Qarabağ və ətraf rayonların işğaldan azad olunmasıdır”.

Ekspert əlavə etdi ki, "İsgəndər" raketi Bakıya doğru yönələrsə, bir neçə saniyədən sonra Ermənistanın mərkəzi və strateji obyektləri yer üzündən silinəcək:

"Bu ağılsız hərəkətə görə məsuliyyət yenə də Ermənistan tərəfinin üzərində olacaq. Azərbaycan Ermənistan ərazisi ilə bağlı heç vaxt iddia səsləndirməyib. Ötən ilin aprel ayında uğursuzluğa məruz qalan Serj Sarkisyan çalışır ki, aprelə qədər Talış, Lələtəpə, Cocuq Mərcanlı istriqamətində itirilən əraziləri geri qaytarsın. Bu barədə söz verdiyi üçün belə bəyanatlar səsləndirir. Bu, baş tutan deyil".

Üzeyir Cəfərov əlavə edib ki, aktiv döyüş əməliyyatları istənilən an başlaya bilər:

"Ermənistanın daxilində sabiq prezident Levon Terpetrosyan, Robert Köçəryanın, o cümlədən keçmiş xarici işlər naziri Vardan Oskanyanın və müdafiə naziri Seyran Ohanyanın seçki bloku Ermənistanın hazırki rəhbərliyinə çox ciddi problemlər yaradır. 

Ona görə də, cəbhədə vəziyyəti gərginləşdirməklə Ermənistan tərəfi öz məqsədinə çatmaq istəyir. Hər halda, Azərbaycan heç nədən çəkinmədən öz işini görməlidir. Ordumuzun döyüş hzırlığını gücləndirməliyik. Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi nə lazımdırsa edir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol