• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan gözlənilməz sözlər: Azərbaycanla etibarlı əlaqəmiz var və istənilən...

Paşinyandan gözlənilməz sözlər: Azərbaycanla etibarlı əlaqəmiz var və istənilən...
19.10.2018 14:37
Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan dünən jurnalistlərə açıqlamasında bildirdi ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan prezidenti arasında operativ əlaqə qurulub.

"Razılaşdığımız kimi Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan Prezidentinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm”, - deyə Paşinyan vurğulayıb.

Publika.az xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ayaqüstü görüş zamanı tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılaşma əldə olunub. Bu razılaşmadan sonra təmas xəttində atəşkəs rejiminə əməl edilməsinin miqyası artıb.

Tərəflərin belə bir razılaşma əldə etməsi və bundan sonrakı nəticələri haqqında müxtəlif versiyalar var. Lakin Ermənistanda bunun Bakı və Moskvanın birgə planı olması haqqında iddialar səsləndirilir.

Bu kontekstdə erməni şərhçi Sərkis Artsruninin iddiası diqqət çəkir.

Erməni şərhçi iddia edir ki, operativ əlaqə qaydaya salınsa da, kulislərdə nələrin baş verdiyi şübhəlidir.

"Azərbaycan tərəfi ərazilərin hərbi yolla azad edilməsi variantını irəli çəkmişdi, Ermənistan tərəfi də Bakının qəbul etmədiyi şərtlər irəli sürürdü. Tərəflər arasında gərginlik pik həddinə çatanda Düşənbədə razılaşma əldə olundu. Bu razılaşma əslində Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə əldə olunub. Bu, Bakı və Moskvanın birgə hazırladığı plandır. İlk növbədə bu, "atəşkəsə nəzarət mexanizmi”nin tamamilə sıradan çıxarılması ilə nəticələnəcək. Həm Bakı, həm də Moskva bunu istəyir. Kulislərdə nələrin baş verdiyini fərz etmək olar. Xüsusilə belə bir razılaşmanın Putinin vasitəçiliyi ilə əldə olunması Rusiyanın məqsədini göstərir. Digər tərəfdən, Azərbaycan münaqişənin həlli ilə bağlı Rusiyadan zəmanət alıb, əks təqdirdə, qəfil razılaşmaya getməzdi”, - deyə erməni şərhçi qeyd edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol