• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Fəzail Ağamalı şəxsi əmlakını açıqladı: “Yazılanların bəziləri düzdür”

Deputat Fəzail Ağamalı şəxsi əmlakını açıqladı: “Yazılanların bəziləri düzdür”
05.02.2019 15:11
"Yazılan fikirlərin bəziləri düzdür, "Xruşovka”da yaşayıram, bağ evim də var, amma villa deyil”

"Yayılan siyahı fantastik məlumatlardır. Düzdür, yazılan fikirlərin bəziləri düzdür. Bəli, mənim evim "Gənclik”dədir. Məmməd Araz küçəsində iki oğlumun evi var, bu da düzdür. Qızım "Buta” uşaq bağçasının təsisçisidir, ancaq bağçanın binasını icarəyə götürüb. Həqiqətən Novxanıda bağ evim var, ancaq villa deyil. Sadəcə normal şəraiti olan bağ evidir. Vəssalam, siyahıda olan digərləri sadəcə fantastik məlumatlardır”.

Bunu Bizimyol.info saytına açıqlamasında Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. O, sosial şəbəkələrdə ona məxsus olduğu iddiası ilə yayılan əmlak siyahısı ilə bağlı sorğumuzu cavablandırıb.

Qeyd edək ki, yayyılan siyahıda "BUTA” bağçalarının deputatın qızının adına, Novxanıda özünün və oğlunun adına ayrı-ayrı villalar, Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil, M.Araz küçəsində 2 mənzil olduğu qeyd edilib.
Həmçinin deputatın çınqıl zavodu, Neftçala rayonunda şadlıq sarayı, "555” nömrəli bahalı avtomobillər, boru sexləri, Ukraynada meyvə biznesi, Atatürk prospektində villa , şəhərin bir neçə yerində təzə binalarda mənzillər olduğu da siyahıda yer alıb.

Bundan başqa, Bakı şəhəri, Xətai rayon məhkəməsinin binasının da Fəzail Ağamalıya məxsus olması və icarəyə verilməsi də qeyd edilib.

"Nə boru zavodum var, nə icarəyə verdiyim yerim var, nə də Ukraynada meyvə bazarım var. Kaş ki olardı, amma yoxdur (gülür). Olsaydı, deyərdim ki, var və bunu əziyyətlə qazanıb qurmuşam. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyaları buraxırlar sosial şbəkələrə, xəbəri olmayanlar da başlayırlar bunun ətrafında xoşagəlməz fikirlər söyləməyə. Mən dəyərli soydaşlarımızdan xahiş edərsim ki, sosial şəbəkələrdə qeyri-obyektiv, qərəzli məlumatlar yayılanda, onu olduğu kimi qəbul etməsinlər. Ən azı, Fəzail Ağamalının tərcümeyi-halını götürsünlər, onun çıxışlarını izləsinlər, bu qədər əmlakım olaydı, o çıxışları edə bilərdimmi? Mən hələ də o siyahıda olan Əlizadə 112 ünvanında "Xruşovka” binada yaşayıram. Bu, 1988-ci ildə Naxçıvandan Bakıya erməni ilə dəyişdiyim evdir. Hardadır mənim o qədər əmlakım ki, icarəyə də verib. Yerim olsaydı, partiyam "Azəraqrartikinti”nin binasında icarə yerdə niyə yerləşirdi? Yekun olaraq, bir daha deyirəm ki, bunların hamısı iftiradır!”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol