• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyanın Ermənistandakı bazaları Qarabağdakı müharibəyə qatılmayacaq”

“Rusiyanın Ermənistandakı bazaları Qarabağdakı müharibəyə qatılmayacaq”
25.04.2019 16:13
"Rusiyanın Gümrüdə yerləşən bazası bu dövlətin NATO sərhədlərində mövcud olan hərbi təminatlarından biridir. Ona görə, şimal qonşumuz mütəmadi olaraq burada özünün silahlı qüvvələrini gücləndirir, yeni texnikalar yerləşdirir”.

 

Bu barədə Modern.az-a Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirməsinin pərdəarxası məqamlarını izah edərkən "Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, hərbijurnalist  Rəşad Süleymanov danışıb. O qeyd edib ki, Rusiyanın tək Gümrüdə deyil, digər zonalarda yerləşən hərbi bazaları da daim yenilənir:

 

"Düşünürəm ki, bu bazanın gücləndirilməsinin Azərbaycana qarşı hər hansı bir təhlükəsi yoxdur. Hərbi baza Ermənistanı qorumaq məqsədi daşıyır. Azərbaycanın isə Ermənistana hər hansı ərazi iddiaları, torpaq əldə etmək fikri yoxdur. Biz sadəcə öz işğal olunmuş torpaqlarımızı geri qaytarmağa, ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə düşünmürəm ki, Qarabağda savaş zamanı Rusiya hərbi bazaları istifadə ediləcək.

 

Bütün bunlara rəğmən Rusiya hərbi bazasının silahlanması zamanı köhnəlmiş texnikalar Ermənistan silahlı qüvvələrinə və Ermənistan-Rusiya birgə əməliyyat briqadasına verilir. Hətta 2006-cı ildən başlayaraq, hər il müəyyən sayda hərbi texnikanın Gümrü bazasından çıxarılaraq, Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilməsinin şahidi oluruq. Bu proses birgə əməkdaşlıq, hərbi yardım proqramları çərçivəsində həyata keçirilir”.

 

Rusiyanın Gümrü bazasının gücləndirməsinin Azərbaycan-Türkiyə yaxınlaşmasına siyasi mesaj olduğu barədə iddialara gəlincə, R. Süleymanov bununla razılaşmayıb. O hesab edir ki, Rusiyanın Azərbaycan –Türkiyə hərbi birliyinə, birgə hərbi təlimlərinə cavab olaraq, Ermənistandakı hərbi bazasını gücləndirməsinin məntiqi əsası yoxdur:

 

"Çünki hər bir ölkə öz ordusunu, hərbi bazalarını  gücləndirmək məqsədi güdür. Azərbaycanın isə hər hansı bir dövlətin hərbi yardımına ehtiyacı yoxdur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol