• $
  • €
  • ₽
  • ₺
  • £

“Atatürk-2019” hərbi təlimlərinə 1000 şəxsi heyət cəlb olunub - AÇIQLAMA

“Atatürk-2019” hərbi təlimlərinə 1000 şəxsi heyət cəlb olunub - AÇIQLAMA
03.05.2019 11:33
Azərbaycan və Türkiyə Respublikalarının hərbi sahədə olan əməkdaşlıq sazişinə əsasən, "Mustafa Kamal Atatürk 2019” adlı taktiki təlim keçirilir.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov deyib.

O, rəhbərlik tərəfindən qoyulan tapşırıqlardan birinin hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinə əsaslandığını bildirib:

"Təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının irəliləyərək, müdafiə olunan düşmən ordusunun üzərinə hücuma keçməsi, onu darmadağın etməsi, yüksəkliklər və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Təlimlərdə hər iki tərəfdən 1000-dən çox şəxsi heyət, 60-a yaxın böyük texnika, 30 artilleriya qurğusu, 20-ə yaxın döyüş helikopteri istifadə olunur”.

Türkiyədən gələn 85 nəfərlik qrupun komandiri Murad Dirik birgə təlimlərin Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağına işarə olduğunu deyib:

"Azərbaycan Silahlı Qüvvələrinin Ordusunun bizə göstərdiyi münasibətdən məmnunuq.
Bu, dostluğumuzun, qardaşlığımızın köklərinin çox qədim zamanlara söykəndiyinə, qardaşlıq bağımıza işarədir.

Təlimlər iki ölkə əsgərlərinin ortaq işləyə bilməsi üçün önəmlidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 1-də başlayan təlimlərə bu gün yekun vurulacaq.
 
 
oxu.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol