• $
  • €
  • ₽
  • ₺
  • £

STM televiziya reytinqlərini necə ölçüb? - Zahid Oruc müzakirələrə aydınlıq gətirdi

STM televiziya reytinqlərini necə ölçüb? - Zahid Oruc müzakirələrə aydınlıq gətirdi
24.12.2020 16:42
Sosial Tədqiqatlar Mərkəzinin "Vətən müharibəsinin yekunlarına ictimai münasibət” analitik hesabatı çərçivəsində keçirdiyi bəzi sorğuların nəticələri  müzakirələrə səbəb olub. 

Vətən müharibəsi dövründə informasiya siyasəti və məlumat mənbələriylə bağlı keçirilən sorğunun nəticələrinə görə, 44 günlük müharibə dövründə televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi qarşıya çıxır (90.4%).

Ən çox baxılan televiziya kanalı kimi 62.6% ilə AZTV ilk mövqedə dayanır.  ATV (60.2%) və Xəzər TV (59.8) isə az bir fərqlə ikinci və üçüncü pillədədir.
 
42.2% respondent isə məlumatları Real TV-dən alıb.Sosial şəbəkələrdə bu nəticəyə şübhəylə yanaşanlar olub. Onlar hesab edirlər ki, insanlar həmin ərəfədə məlumatları internetə qoyulan məhdudiyyətlərə baxmayaraq, VPN proqramlarından istifadə etməklə sosial şəbəkələrdən, xüsusilə də "Telegram" və "Twitter"dən əldə ediblər.Məsələylə bağlı Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc bu gün keçirilən brifinqdə jurnalistlərə açıqlama verib.


O, qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi dövlətin, millətin, ictimai həyatın müxtəlif sahələriylə, problemləriylə  bağlı 40-dan  çox  sorğu keçirib: "Biz, ilk növbədə bu işi elmi əsaslarla həyata keçirmişik. Mən çox istərdim ki, gələcəkdə Azərbaycanda sosiologiya üzrə xüsusi universitet, elmi müəssisələr yaradılsın, peşəkarlıq artsın. Biz bu işi dəqiq, obyektiv, qərəzsiz aparmağa çalışmışıq”.

STM sədri bildirib ki, bu, media landşaft, media barometr layihəsi, yəni, bütövlükdə, informasiya vasitələrinin hamısını əhatə edən bir sorğu deyil: "44 gün ərzində informasiya təhlükəsizliyi naminə internetə doğru olaraq, məhdudiyyətlər tətbiq edildi. Belə olan təqdirdə insanlar daha çox televiziyalar üzərində qərarlaşdı. Ali Baş Komandanın xalqa bütün müraciətləri, xarici mediaya müsahibələri birinci növbədə dövlət televiziyası ilə yayımlanırdı. Bu baxımdan yetərincə auditoriya qazana bildi. Digər təfədən, internet resurslarının bu dövrdə əvvəlki dövrlərdən fərqli göstəricisi ortaya çıxdı və bu nəticələr yalnız  44 günü əhatə edir. Mən özüm televiziyalarımızda hərbi, siyasi verilişləri, rəngarəng debatları izləyirəm.  İnternet televiziyalarının,"Azad söz”, "Reaksiya TV”, Meydan TV kimi  müxalif kanalların özünəməxsus baxış sayı var. "Baku TV” intenernet televiziyasının da müxtəlif platformalarda cazibəli verilişləri var.
 
Gələcək zamanlarda biz müxtəlif deferensial sahələrdə hər birini təhlil edəcəyik, rəy sorğuları, reytinq şakalaları hazırlayacağıq. Mən hesab edirəm ki, informasiya müharabəsinin amansız dövründə televiziyalarımız hər biri fədakarlıq etdi. Aktiv şəkildə cəbhə bölgəsindən reportajlıar hazırladılar. Mərkəz olaraq, bütün televiziyalarımıza ehtiramımız var. Heç bir televiziyaya xüsusi münasibətimiz yoxdur. Bizim üçün əsas parametr obyektivlikdir. Gələcəkdə media barometri, media landaşft layihəsi aparılacaq, təqdim olunacaq”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol