• $
  • €
  • ₽
  • ₺
  • £

İngilis səfirin Araz paylaşımı İranda etiraz yaratdı, Musəvi cavab verdi - Foto

İngilis səfirin Araz paylaşımı İranda etiraz yaratdı, Musəvi cavab verdi - Foto
07.02.2021 20:00
İranın Azərbaycandakı səfiri Abbas Musəvi İngiltərənin ölkəmizdəki səfiri Ceyms Şarpın Araz çayının sahilindən paylaşdığı "Salam İran” tvitinə cavab verib.

Yenisabah.az Gunaz.tv-yə istinadən xəbər verir ki, Musəvi özünün Tvitter hesabında İngiltərə səfirinə "İrandan salam” cavabını yazıb.
Ceyms Şarpla Musəvinin sosial şəbəkə hesabında "salamlaşması” İranda müxtəlif reaksiyalara səbəb olub. Sosial şəbəkənin İran seqmentinin istifadəçiləri ingilis diplomatın paylaşımını ölkələrinin "ərazi bütövlüyünə yönəlmiş üstüörtülü mesaj” kimi qəbul ediblər. Buna görə də bir sıra iranlı sosial şəbəkə istifadəçiləri "yumuşaq” cavabına görə, İranın Azərbaycandakı səfirini qınayıblar. Onlar səfirin İran xarici işlər nazirinin müavini olduğu dövrdəki mövqeyindən fərqli mövqe sərglilədiyini, danışıq və davranışlarının dəyişildiyini yazıblar.

İran səfiri bu reaksiyalara ikinci tvitlə cavab verib: "Narahat olmayın. Bütöv və güclü İranın parçalanmasını heç vaxt, heç yuxularında da görə bilməyəcəklər”.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpuslarının nümayəndələri fevral ayının 6-da işğaldan azad edilmiş ərazilərə səfər ediblər. İkinci dəfə baş tutan səfərə İran səfiri qatılmayıb. Diplomatik nümayəndələrin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edən İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp Araz çayının şəklini paylaşaraq sosial şəbəkə hesabında "salam İran” yazıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol