• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiyada Ermənistanın antihumanist əməllərinə ETİRAZ

Yaponiyada  Ermənistanın antihumanist əməllərinə ETİRAZ
10.06.2021 17:13
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və yerli icra hakimiyyəti nümayəndəsinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar Yaponiya ictimaiyyətinə və dövlət qurumlarına müraciət edib.
 
Mərkəzin rəhbəri Xəlil Kələntərin imzaladığı müraciətdə bildirilib ki, Qarabağda müharibənin başa çatmasına baxmayaraq, Ermənistan hakimiyyəti indiyədək antihumanist siyasətini və təxribatçı hərəkətlərini davam etdirir. Buna daha bir sübut kimi 2021-ci il 4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyəti nümayəndəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışında həlak olması, Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin və yolların yenidən minalanması üçün Ermənistanın hərbi-siyasi rəhbərliyinin diversiya qruplarını Azərbaycan sərhədlərini pozmağa və ölkəmizə daxil olmağa təhrik etməsi kimi faktlar göstərilib. Müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 120-dən çox insanın həlak olduğu və yaralandığı nəzərə çatdırılıb.
 
Mərkəzin rəhbərliyi Yaponiyanın müvafiq qurumlarını Ermənistanın davamlı antihumanist və terrorçu siyasətini qətiyyətlə pisləməyə, Ermənistanın beynəlxalq humanitar qanunlara zidd hərəkətlərinin qarşısını almaq məqsədilə beynəlxalq ictimaiyyəti mühüm addımlar atmağa və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol